Avropa
ATƏT-in iclasında mübahisə: Lavrov bu sözləri deyib zalı tərk etdi, Blinken isə...
ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ictimai münaqişə yaranıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
ATƏT Nazirlər Şurasının iclasında rusiyalı nazir Qərbi ölkəsi ilə birbaşa münaqişənin eskalasiyasında və provokasiyasında ittiham edib. "Əfqan rüsvayçılığından sonra yeni ümumi düşmənə ehtiyac yaranıb. Nəticə Soyuq Müharibənin reinkarnasiyasıdır, lakin indi onun qaynar fazaya keçməsi riski daha böyükdür", - Lavrov bildirib.
Bu sözlərdən sonra Sergey Lavrov zalı tərk edib. Blinken xatırladıb ki, məhz Moskva Şimali Koreya qoşunlarını Avropada yerləşdirməklə, Ukraynaya qarşı orta mənzilli ballistik raketdən istifadə etməklə və onun enerji sektorunu vurmaqla vəziyyəti gərginləşidirb. Bundan əlavə, Rusiya Federasiyası nüvə silahından istifadə həddini aşağı salıb:
"Cənab Lavrov hər bir üzv ölkənin öz seçimini etmək suveren hüququndan danışdı. Söhbət məhz bundan gedir: Ukraynanın və Ukrayna xalqının gələcəklə bağlı öz seçimlərini etmək və bu seçimlərə imkan verməmək hüququndan”.
Dövlət katibi Lavrovun dinləyiciləri “məharətlə dezinformasiya sunamisində boğduğunu” deyib, həmçinin Rusiyanı Moldova və Rumıniyada keçirilən son seçkilərə müdaxilə etməkdə ittiham edib.
"O, təhlükəsizliyin bölünməzliyindən danışır, amma bu, yalnız bir məqsədi olan oyun ola bilməz, bu, Rusiya üçün yaxşıdır, amma Ukrayna üçün deyil. Bu, Rusiyanın təhlükəsizliyi ilə bağlı deyil və heç vaxt da cənab Putinin Ukraynanı xəritədən silmək üçün imperiya layihəsi ilə bağlı deyil”.
Akqabay
-
MDB11:04Yarım metr qar yağıb, axşama qədər 65 sm-i ötəcək: Əhaliyə xəbərdarlıq edildi
-
Dünya10:52Venesueladan Maduroya mesaj: Sənə sadiqik, mübarizə aparacağıq
-
Sosial10:20Pensiya alanlara ŞAD XƏBƏR
-
Nida Xəbər 09:50Mübariz Mənsimov barəsində istintaq başladıldı
-
Dünya09:18Ukrayna Rusiyanın bu vilayətinə hücum etdi: Yarım milyon insan...
-
Sosial09:06Bu məktəbdə dərslər dayandırıldı
-
İdman06:46“Satqın” ərinin FOTOSUNU paylaşdı - Bütün Ukrayna qəzəbləndi
-
Magazin106:16Ülviyyə Vəfanın yalan danışdığını iddia etdi













.webp)























