Avropa
Aİ-nin xüsusi nümayəndəsi Bakı və İrəvana dəstək təklif etdi
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Aİ hər iki ölkənin rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişafının ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndirir.
"Aİ bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - Qrono vurğulayıb.
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki






































