Avropa
Elektrik kəsilib, metro boşaldılıb, həyat dayanıb: Bu ölkələrdə nə baş verir? - VİDEO
İspaniya və Portuqaliyanın böyük bölgələrində elektrik enerjisi kəsilib. Metrolar boşaldılıb, nəqliyyatın hərəkətində problem yaranıb. Fransanın İspaniya ilə həmsərhəd bölgələrinin də oxşar problemlə üzləşdiyi bildirilib.
Publika.az xəbər verir ki, İspaniyanın elektrik şəbəkəsi operatoru “Red Electrica” elektrik enerjisini bərpa etmək üçün enerji şirkətləri ilə işlədiklərini bildirib.
"Bütün şəbəkə kəsilib, yerli vaxtla saat 12:30-dan etibarən qatar xidmətləri dayanıb və stansiyalardan gedişlər mümkün deyil. Hadisələr yaxından izlənir və xidmətlərin normal vəziyyətə gətirilməsi üçün səylər davam etdirilir”, - deyə İspan Dəmiryolu Şirkətinin açıqlamasında qeyd edilib.
Madridin Barajas beynəlxalq hava limanı elektriksiz qalıb, telekommunikasiyalar da təsirlənib. Portuqaliya, Andorra və Fransanın İspaniya ilə həmsərhəd bölgələrindəki vətəndaşlar da elektrik enerjisinin kəsilməsindən təsirləndiklərini bildiriblər.
Hadisələrin səbəbi hələ müəyyən edilməyib, lakin kiberhücum ehtimalı nəzərdən keçirilir.
Roza
-
Magazin119:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin112:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO
-
MDB11:32Ukraynanın bir günlük müharibə xərci açıqlandı - DƏHŞƏT SAÇAN RƏQƏM
-
İdman10:14Messi həyat yoldaşı ölən xanım jurnalistə nə təklif edibmiş? - Hər şeyi yazdı













.jpg)






















