Tramp-Zelenski görüşündə Avropa liderləri də iştirak edəcək - Yeniləndi
Bizi izləyin

Avropa

Tramp-Zelenski görüşündə Avropa liderləri də iştirak edəcək - Yeniləndi

Tramp-Zelenski görüşündə Avropa liderləri də iştirak edəcək - Yeniləndi

Almaniya kansleri Fridrix Mers də digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də görüşdə iştirak edəcəyini təsdiqləyib.

“Zelenskinin xahişi ilə mən ABŞ Prezidenti və Avropa liderləri ilə onun görüşünə qoşulacağam”, - Ursula fon der Lyayen “X” hesabında yazıb.

Fransanın Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb da iştiraklarını təsdiqləyiblər.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin də Vaşinqtona yollanacağı gözlənilir.

***

Avqustun 18-də Ağ Ev rəhbəri Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçiriləcək danışıqlarla bağlı yeni detallar üzə çıxıb.

Publika.az xəbər verir ki, Avropanın “Politico” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, NATO-nun baş katibi Mark Rütte Vladimir Zelenskiyə dəstək olmaq üçün həmin gün ABŞ-a səfər edə bilər.

Bildirilir ki, Avropa liderləri Zelenskinin fevralın 28-də Oval kabinetdə Trampla qalmaqallı ilk görüşünün təkrarlanmasından ehtiyat edirlər. Bu səbəblə Trampla yaxın münasibətdə olan Rüttenin Ukraynaya dəstək üçün Vaşinqtona getməsi gözlənilir.

Nəşr bundan öncə Finlandiya prezidenti Aleksandr Stubbın Zelenski-Tramp görüşü üçün ABŞ-a gedə biləcəyi barədə məlumat yaymışdı.

Qeyd edək ki, KİV-lər İtaliyanın baş naziri Ciorcia Meloninin də görüşdə iştirak edə biləcəyini istisna etmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm