Avropa
Sülh mümkün olmadı - Ukrayna şərtləri RƏDD ETDİ
Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə birgə mətbuat konfransında Alyaskada razılaşdırılmış bəzi sülh şərtlərini rədd edib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Respublika rəhbərinin sözlərinə görə, əvvəlcə atəşkəs təmin olunmalı, daha sonra isə münaqişənin başa çatdırılması ilə bağlı saziş üzərində işləmək lazımdır. O qeyd edib ki, təmas xətti danışıqlar üçün ən yaxşı yerdir və danışıqlar silah təzyiqi altında aparıla bilməz.
Zelenski Donetsk vilayətinin Rusiyaya verilməsini istisna edib, çünki Ukrayna Konstitusiyası “ərazilərin təslim edilməsini və ya torpaq alverini” qadağan edir. Siyasətçi həmçinin bildirib ki, ölkə üçün təhlükəsizlik zəmanətləri barədə “detallar yoxdur”, Kiyev isə buna alternativ olaraq Aİ-yə üzvlüyü nəzərdən keçirir.
Alyaskadakı görüşdən sonra ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Donbasın RF-nin nəzarətinə verilməsi təklifini dəstəkləyib. Təşəbbüs həmçinin Xerson və Zaporojye vilayətlərinin cənub bölgələrində cəbhə xəttinin dondurulmasını nəzərdə tutur.
"Reuters"ün məlumatına görə, Moskvanın tələbləri arasında Rusiyanın Krım üzərində suverenliyinin rəsmi tanınması və bəzi sanksiyaların ləğvi var.
"Sky News" yazıb ki, Zelenski 18 avqustda Ağ Evin rəhbəri ilə görüşdə “pusquya” düşə biləcəyini anlayır.
Hüseyn İbadlı
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
















.jpg)





















