Avropa
Geri dönüş yoxdur - “Sabahın münaqişələrinə hazırlaşmalıyıq”
Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası”nın fövqəladə sammitindən sonra sərt bəyanatla çıxış edərək, Kiyevə sülh təkliflərini təslim olma tələbi adlandırıb.
Publika.az xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampa Avropa və Ukraynanın “vahid cəbhəsini” göstərəcəyini vəd edib.
"Putin sülh istəyirmi? Cavab xeyrdir. O, Ukraynanın təslim olmasını istəyir və onun təklif etdiyi də budur", - Makron deyib.
Fransa lideri Avropa nümayəndə heyətinin Vaşinqtona uçması üçün bir neçə sarsılmaz prinsipləri qeyd edib:
Kiyevsiz ərazi danışıqları yoxdur: "Ukraynanın səsi olmadan Ukrayna ilə bağlı ərazi danışıqları aparıla bilməz"
Ukrayna Silahlı Qüvvələri üçün heç bir məhdudiyyət yoxdur: "Ukrayna ordusunun ixtisarına dair istənilən razılaşma pozulmağa məhkum olacaq".
O, həmçinin Avropanı heç bir zəiflik nümayiş etdirməməyə çağırıb: "Əgər zəifiksə, sabahın münaqişələrinə hazırlaşmalıyıq".
Makronun sözlərinə görə, sabahkı səfərin əsas məqsədi, Ukrayna və Avropalı müttəfiqlər arasında vahid cəbhə təqdim etmək olacaq.
“Güclü, qüdrətli və azad Avropa istəyirəm. Biz məsuliyyəti öz üzərimizə götürməli və qərarları özümüz verməliyik”, – deyə Makron çıxışının sonunda bildirib.
Hüseyn İbadlı
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman16 May 21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı















.jpg)














.jpg)



