Avropa
Zelenski Trampla görüşə bu cür geyinəcək
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla görüşü üçün daha rəsmi geyim tərzi seçəcək.
Publika.az xəbər verir ki, əvvəllər Zelenski ilə əməkdaşlıq etmiş ukraynalı dizayner Elvira Həsənova bu fikri “Fox News” telekanalına müsahibəsində bildirib.
“Yəqin ki, o, polo köynəkdə görünməyəcək. Düşünürəm ki, o, qara hərbi kostyum və ya hərbi köynək və şalvar, bəlkə də pencəklə gələcək”, - Həsənova qeyd edib.
Dizayner qeyri-rəsmi geyim tərzinə görə tənqidlərlə üzləşən Ukrayna liderinin bu dəfə daha ciddi imic seçə biləcəyi qənaətində olduğunu bildirib.
Qeyd edək ki, 2025-ci ilin iyulunda NATO sammitində Zelenski üç ildən sonra ilk dəfə klassik kostyumda görünüb. Bu, bu ilin martında Ağ Evdəki qalmaqaldan sonra Zelenskinin rəsmi geyimdə ilk çıxışı olub. Daha sonra Oval kabinetdə görüş zamanı jurnalist Brayan Qlenn Ukrayna rəhbərindən kostyumunun olub-olmadığını soruşub. Bu sualdan sonra Ağ Evdə vəziyyət qızışmağa başlayıb və nəticədə danışıqlar Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında çəkişmə ilə yekunlaşıb.
Akqabay
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
















.jpg)





















