Avropa
Makrona məktub yazan ABŞ səfiri Fransa XİN-ə çağırıldı
ABŞ səfiri Çarlz Kuşner antisemitizmlə effektiv mübarizə aparmayan Fransa hakimiyyətini tənqid etdikdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yayılan kommünikesində deyilir.
Nazirlik ABŞ səfiri Çarlz Kuşnerin ittihamlarını qətiyyətlə rədd edərək onun açıqlamalarını qəbuledilməz adlandırsa da, real vəziyəyi gizlədə bilməyib:
“2023-cü il oktyabrın 7-dən etibarən Fransada antisemitizm aktlarının artması təəssüfləndiyimiz bir reallıqdır. Fransa hakimiyyəti total səfərbərlik nümayiş etdirir, çünki bu hərəkətlər qəbuledilməzdir”.
Qeyd edək ki, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner Fransa prezidenti Emmanuel Makrona məktub yazaraq, onu ölkəsində antisemitizmlə mübarizədə kifayət qədər fəaliyyət göstərmədiyinə görə qınayıb.
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi





































