Avropa
Vuçiç iğtişaşlara görə bunu etməyə məcbur oldu
Serbiya prezidenti Aleksandar Vuçiç davam edən iğtişaşlar fonunda vətəndaşlar və bizneslə məşğul olanlar üçün iqtisadi çətinlikləri yüngülləşdirməyə yönəlmiş tədbirlər kompleksi elan edib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial media səhifəsində məlumat verib.
"Bunlar milyonlarla vətəndaşımızın həyatını yaxşılaşdırmağa kömək edəcək möcüzəvi tədbirlərdir”, - Vuçiç qeyd edib.
Məlumata görə, əsas təşəbbüs pərakəndə satış şəbəkələrində ticarət qiymətlərinin dövlət tənzimlənməsi olacaq - 24 ən böyük bazar operatoruna münasibətdə maksimum marjanın 45-dən 20 faizə endirilməsi planlaşdırılır. Müvafiq normativ hüquqi akt gələn həftə təsdiqlənəcək.
Tədbirlər paketinə, həmçinin inflyasiyanın və faiz dərəcələrinin aşağı salınması, məhkəmə icraçılarının fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi, elektrik enerjisinə güzəştli tariflərin tətbiqi və əhalinin sosial cəhətdən həssas qruplarının ucuz yanacaqla güzəştli təmin edilməsi ilə bağlı stimullar daxildir.
Bu qərarlar istehlak bazarının sabitləşdirilməsinə və iqtisadi çağırışlar şəraitində əhaliyə ünvanlı dəstəyin göstərilməsinə yönəlib.
Akqabay
-
Sosial10:06Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı
-
Maraq dünyası09:30Günəşə yaxınlaşan naməlum kometa öldü
-
Avropa08:24Daha bir azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi





































