Avropa
Orban Zelenskini hədələdi: Cəzasız qalmayacaq!
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Vladimir Zelenskinin ölkəsinə qarşı açıq təhdidləri cəzasız qalmayacaq.
Publika.az xəbər verir ki, müvafiq bəyanat hakim partiyanın tərəfdarları icmasının sosial şəbəkədəki səhifəsində yer alıb.
Orban yazıb ki, Zelenski Budapeştin Ukraynanın Aİ-yə daxil olmasına dəstək vermədiyi üçün Drujba kəmərinə hücum etdiyini etiraf edib və Macarıstanı açıq şəkildə hədələyib. Baş nazirin sözlərinə görə, bu, Macarıstanın düzgün qərarlar qəbul etdiyini sübut edir. O əlavə edib ki, Ukrayna partlayış və hədələrlə Aİ-yə üzvlüyünü təmin edə bilməyəcək.
"Bu, macarların düzgün qərar qəbul etdiyini bir daha sübut edir. Zelenskinin sözləri nəticəsiz qalmayacaq", - o yazıb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri “Drujba” neft kəmərinin infrastrukturuna bir neçə zərbə endirib və bu, Macarıstan və Slovakiyaya neft nəqlinin dayandırılmasına səbəb olub. Avqustun 24-də keçirilən mətbuat konfransında Zelenskiyə bu zərbələrin Macarıstanın vetosunun ləğvi şansını artırıb-artmadığı soruşulub. O, cavabında bildirib ki , “Drujba”nın mövcudluğu indi Macarıstandan asılıdır.
Akqabay
-
İdman21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."































.jpg)


