Avropa
Aİ Ukraynaya qoşun göndərmək üçün PLAN HAZIRLAYIR
Avropa İttifaqı ölkələri Ukraynaya hərbi kontingent göndərmək üçün “yetərincə konkret planlar” hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin qoşunları münaqişədən sonrakı dövrdə təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada yerləşdirilə bilər və bu təşəbbüs ABŞ tərəfindən tam dəstəklənəcək.
Fon der Lyayen qeyd edib ki, Aİ-nin bu istiqamətdə aydın yol xəritəsi var və Vaşinqtonda bu plan üzrə razılıq əldə olunub. O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Aİ qoşunlarının Ukraynada yerləşdirilməsini dəstəklədiyini bəyan edib.
"Bloomberg" agentliyi avqustun 29-da mənbələrə istinadla xəbər verib ki, Aİ ölkələri hələlik Ukraynada yerləşdiriləcək qoşunların sayı barədə qərar verməyiblər. Agentliyin məlumatına görə, yaxın günlərdə Aİ-nin əsas məqsədi Ukrayna üçün təhlükəsizlik zəmanətləri və maliyyələşdirmə məsələsində razılığa gəlməkdir.
Hüseyn İbadlı
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO





































