Avropa
Şahzadə Diananın qətlini onlar təşkil edib - ŞOK İDDİA
Tanınmış britaniyalı kral ailəsi üzrə ekspert Tom Sayks iddia edir ki, şahzadə Diananın ölümü Britaniya xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Daily Beast nəşri məlumat yayıb.
1997-ci il 31 avqustda şahzadə Diana və milyarder Dodi Əl-Fayed Parisdə avtomobil qəzasında həlak olublar. Rəsmi versiyaya görə, onların avtomobilini paparassilər izləyib, sürücü yüksək sürətlə onlardan qaçmağa çalışarkən idarəetməni itirib və körpü dayağına çırpılıb.
Sayks rəsmi izahatda bir çox uyğunsuzluqlar olduğunu düşünür. Onun fikrincə, sürücünün qanında qeyri-adi yüksək miqdarda karbonmonoksid olması, hadisə yerindəki bütün 10 müşahidə kamerasının ya söndürülməsi, ya da başqa istiqamətə yönəldilməsi və Diananın cəsədinin bir neçə saat ərzində tez bir zamanda mumiyalanması şübhə doğurur.
Sayksın diqqətini çəkən başqa bir detal "Fiat Uno" markalı avtomobillə bağlıdır. Rəsmi versiyaya görə, bu avtomobili paparassilərdən biri - fotoqraf Ceyms Endenson idarə edib. Lakin bu təsdiqlənə bilməz, çünki 2000-ci ildə onun qalıqları yanmış avtomobildə tapılıb və ölüm səbəbi intihar kimi qiymətləndirilib.
Sayks hesab edir ki, əslində "Fiat Uno"nun sükanı arxasında Britaniya xüsusi xidmət orqanlarının agenti olub və məqsədli şəkildə Diananın avtomobilini körpü dayağına yönəldib və ora çırılıb.
Bu hadisə ilə bağlı müxtəlif versiyalar mövcuddur. Məlum olduğu kimi, Məhəmməd Əl-Fayed şahzadə Filipi günahlandırırdı. Sayks isə hesab edir ki, ən real ehtimal Britaniya xüsusi xidmət orqanlarında olan nüfuzlu bir qrupun Diananı aradan qaldırmasıdır. Onun fikrincə, bu qrup kral ailəsi ilə məsləhətləşmədən hərəkət edib və Diananı monarxiya və elita üçün ciddi təhlükə kimi görüb.
Bundan əvvəl şahzadə Diananın keçmiş mühafizəçisi Alan Makqreqor da onun sui-qəsd qurbanı olduğunu düşünürdü. O qeyd etmişdi ki, Diananın qaldığı oteldə təhlükəsizlik tədbirləri yetərsiz olduğu üçün cinayətkarlar onun avtomobilinə çıxış əldə edə biliblər.
Hüseyn İbadlı
-
Sağlamlıq20:12Sağlamlığa ən az zərər vuran çörək bu imiş...
-
Magazin220:00Məşhur aktyor özbək xanımla evləndi
-
Nida Xəbər 18:36Bakıdan bütün dünyanı salamladılar - VİDEO
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO

































.jpg)



