Avropa
Polşa ordusunun zəif yeri üzə çıxdı: Əgər münaqişə baş versə...
Polşa hərbi münaqişə zamanı silahlı qüvvələri üçün ciddi yanacaq çatışmazlığı riski ilə üzləşir.
Publika.az xəbər verir ki, bu barədə “Dziennik Gazeta Prawna” nəşri məlumat yayıb.
Bildirilir ki, NATO-nun 26 illik üzvlüyünə baxmayaraq, ölkə hələ də ümumavropa hərbi boru kəməri sisteminə (CEPS) inteqrasiya olunmayıb ki, bu da logistika zəncirində zəiflik yaradır.
Şərq Tədqiqatları Mərkəzinin analitikləri xəbərdarlıq ediblər ki, yanacaq tədarükü üçün dəmir yolu və avtomobil tankerlərindən asılılıq Mərkəzi Avropada tez bir zamanda qıtlığa və nəqliyyat infrastrukturunun həddindən artıq yüklənməsinə səbəb ola bilər.
Qeyd edək ki, Polşanın hərbi yanacaq təchizatı sisteminə qoşulması ilə bağlı danışıqlar 2014-cü ildən davam edir, lakin 21 milyard avro dəyərində qiymətləndirilən layihənin maliyyələşdirilməsi məsələsi maneə olaraq qalır. Polşa və digər Şərqi Avropa ölkələri bu strateji sərmayəni həyata keçirmək üçün NATO-nun ümumi büdcəsindən və Aİ fondlarından istifadə etməyə çalışırlar, lakin maliyyə resurslarını yenidən bölüşdürmək istəməyən Cənubi Avropa dövlətlərinin müqaviməti ilə üzləşirlər.
Adəm
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO





































