Avropa
Vuçiç Putinlə görüşdə Azərbaycandan danışdı - “Bizim üçün vacib olan...”
Serbiya Prezidenti Aleksandr Vuçiç bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə görüşü zamanı o, yeni təbii qaz təchizatı müqaviləsinə təchizatın çevikliyinin, əlverişli qiymətin və Rusiyadan böyük həcmdə “mavi yanacağın” daxil edilməsini xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
“Bizim qaza ciddi ehtiyacımız var. Azərbaycandan daha az, amma bizim üçün vacib olan həcmlərdə qaz alırıq, lakin əsas hissə Rusiya Federasiyasından gəlir. Ən az elektrik enerjisi olan vaxtlarda, qazla işləyən istilik elektrik stansiyalarına əlavə qaz tədarükləri hesabına əlavə həcmlərlə elektrik enerjisi istehsal edə bilmək üçün bu vacibdir. Çünki sənaye və məişət təsərrüfatları üçün qaz sərfiyyatından başqa, biz qazı elektrik enerjisi istehsalında da istifadə edirik. Bütün bunlar üçün bizə təchizat çevikliyi lazımdır. Mən bu məsələ ilə bağlı Prezident Putinə müraciət etdim, yaxşı qiymət və böyük həcmlər istədim. Bunlar bizim üçün üç əsas məsələdir”, – deyə Vuçiç bildirib.
Hüseyn İbadlı
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO





































