Avropa
Sarkozinin həbsdəki İLK GÜNÜ - “İlham pəriləri” gəldi
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsin ilk günündə idmanla məşğul olub və kitab yazmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darrua BFMTV telekanalının efirində məlumat verib.
“Bu gün o, idmanla məşğul oldu, kitabını yazmağa başladı”, – deyə Darrua müştərisi ilə həbsxanadakı görüşdən sonra bildirib.
Vəkilin sözlərinə görə, Sarkozini həyat yoldaşı Karla Bruni də ziyarət edib. O qeyd edib ki, həbsin ilk günü həmişə çətin olur, lakin Fransanın sabiq prezidenti bu mərhələni geridə qoyub və mübarizəsini davam etdirəcək.
Oktyabrın 21-də Nikola Sarkozi Parisdəki həbsxanaya gətirilib. O, 2007-ci il seçki kampaniyasının Liviyanın vəsaiti ilə qanunsuz maliyyələşdirilməsi işi üzrə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Həbsə girməzdən əvvəl verdiyi son açıqlamada siyasətçi bildirib:
“Barmaqlıqlar arxasına keçən sabiq prezident deyil, günahsız insandır”.
Vəkillər əmindirlər ki, Sarkozi artıq Milad bayramına qədər azadlığa buraxılacaq.
Hüseyn İbadlı
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar






































