Avropa
İtaliya Fələstini bu halda tanıya bilər - Meloni şərtləri açıqladı
HƏMAS silahı yerə qoymayana qədər İtaliya Fələstin Dövlətini tanımayacaq. Sülh planının məqsədlərinə çatmaq üçün HƏMAS keçid administrasiyasında və Fələstin Dövlətində heç bir rolunun olmayacağını qəbul etməli və tərksilah olmalıdır.
Publika.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Senatdakı çıxışında deyib.
"Bunlar həm də İtaliyanın Fələstin Dövlətini tanıması üçün zəruri ilkin şərtlərdir. Bu, ölkə parlamenti tərəfindən də bəyan edilib və hökumət şərtlər yerinə yetirildikdə hərəkətə keçməyə hazırdır. İtaliya bütün tərəfləri planın şərtlərinə hörmət etməyə və bu “sülh çırağı”nın təqdim etdiyi fürsətdən istifadə etməyə çağırır. Təbii ki, İtaliya üzərinə düşəni etməyə hazırdır", - deyə C.Meloni qeyd edib.
O, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və Şarm əl-Şeyxdə imzalanan 20 bəndlik planın bölgə üçün müsbət bir inkişaf olduğunu bildirib.
Meloni bu mühüm addımı mümkün edən diplomatik səylərə görə bütün vasitəçilərə dərin minnətdarlığını bildirib.
"Misir, Qətər və Türkiyə hökumətlərini, xüsusilə bu danılmaz uğura nail olmaq üçün fövqəladə enerji sərf edən Donald Trampı nəzərdə tuturam. Uzun müddətdən sonra Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması üçün etibarlı bir imkan var, lakin vəziyyət hələ də kövrəkdir" - Meloni vurğulayıb.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar






































