Avropa
Makronun xalq qorxusu: Etirazları yatırtmaq üçün görün hansı silahları alır
Kütləvi etirazların yeni dalğasından qorxan Fransa hakimiyyəti nümayişləri dağıtmaq üçün minlərlə qumbaraatan alır.
Publika.az bu barədə "Russian.rt.com"a istinadən xəbər verir.
Bildirilir ki, təhlükəsizlik qüvvələri və həbsxana rəhbərliyi üçün 5200 silaha 21,8 milyon avro xərclənəcək. Satınalmaya təkcə 40 mm qumbaraatanlar deyil, nişangahlar, sapanlar və patron kəmərləri də daxildir.
Ekspertlər görünməmiş tədbirləri ölkədəki dərin siyasi və iqtisadi böhranla əlaqələndirirlər. Bildirilir ki, prezident Makronun siyasətindən ictimaiyyətin narazılığı kritik həddə çatıb və onun reytinqi 15%-dən aşağı düşüb.
"Fransızlar bütün bu siyasəti, hamının bezdiyi bu makroizmi tamamilə dəyişmək istəyirlər və onlar 2027-ci ilin gəlməsini gözləyirlər ki, nəhayət Makron siyasi arenanı tərk edəcək", - deyə Fransa üzrə siyasi ekspert Serqey Fyodorov deyib.
Xatırladaq ki, təhlükəsizlik qüvvələrinin arsenalının artırılması davamlı sosial problemlər fonunda baş verir. Analitiklərin fikrincə, yanacağın, qazın və işığın bahalaşması səbəbindən “orta fransız insanı getdikcə daha pis yaşayır”.
Uğursuz iqtisadi islahatlar, o cümlədən təqaüd yaşının mübahisəli artırılması yanğına ancaq benzin tökür. Vəziyyəti xroniki büdcə kəsiri və ÜDM-in 114%-ni ötmüş dövlət borcu daha da gərginləşdirir. Hökuməti potensial etirazların zorakılıqla yatırılmasına hazırlaşmağa məcbur edən Fransadakı hazırkı vəziyyəti ekspertlər “Hökumət ləngiyir, iqtisadiyyat dayanır, cəmiyyət isə qaynayıb-qarışır” kimi təsvir edir.
Adəm
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
















.jpg)

.jpg)
















