Avropa
Orbandan Aİ-yə SƏRT XƏBƏRDARLIQ - “Təhlükəli nöqtəyə yaxınlaşır, buna müharibə deyilir”
"Qərb Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı müzakirələr, eləcə də Rusiya aktivlərinin müsadirə edilməsi və Ukraynaya kompensasiya ödənilməsi təşəbbüsləri səbəbindən Rusiya ilə münasibətlərində təhlükəli bir nöqtəyə yaxınlaşır".
Publika.az xəbər verir ki, bununla bağlı Macarıstanın Baş naziri Viktor Orban xəbərdarlıq edib.
Macarıstanın baş naziri Seqeddə keçirilən görüşdə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının tərəfdarlarının suallarını cavablandırarkən vurğulayıb:
"Almanlar Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünürlər. Bəs Rusiya qoşunlarının atəşinə tutulub geri atəş açmağa başlasalar necə olar? Buna müharibə deyilir".
Onun fikrincə, bir sıra Avropa liderlərinin bu cür riskli çağırışlarına son dərəcə ehtiyatla yanaşmaq lazımdır.
"Biz müharibənin astanasındayıq", - Orban deyib.
Macarıstanın Baş naziri həmçinin Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi təkliflərinin və Rusiyanın hazırkı münaqişə zamanı Ukraynaya dəymiş ziyana görə təzminat ödəməli olduğu fikrinin təhlükələrini qeyd edib.
Hüseyn İbadlı
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu




































