Avropa
Aİ oyuncaqlarla bağlı qaydaları sərtləşdirir
Avropa İttifaqı oyuncaqlarla bağlı təhlükəsizliyi gücləndirən yeni Oyuncaq Təhlükəsizliyi Reqlamentini qəbul edib.
Publika.az xəbər verir ki, yanvarın 1-dən qüvvəyə minəcək sənəd uşaqların zərərli kimyəvi maddələrdən daha effektiv qorunmasını nəzərdə tutur. Yeni qaydalara əsasən, təhlükəli olduğu müəyyən edilən maddələr, o cümlədən hormon sistemini pozan, allergiya yaradan və ya orqanlara zərər verən kimyəvi birləşmələri olan oyuncaqlar dərhal qadağan ediləcək. Qadağa yüksək davamlılığına görə ətraf mühitdə uzun müddət parçalanmayan, insan sağlamlığı üçün risk yaradan sintetik kimyəvi birləşmələri (perflor və poliflor alkil maddələri (PFAS) də əhatə edir. Bundan başqa, xərçəng, genetik zədələnmə və reproduktiv sağlamlığa təhlükə yaradan maddələrə dair mövcud məhdudiyyətlər də sərtləşdirilir.
Sənədin icrasında rəqəmsal nəzarət mexanizmləri genişləndiriləcək. Aİ bazarına çıxarılan bütün oyuncaqlar təhlükəsizlik və uyğunluq məlumatlarını əks etdirən rəqəmsal məhsul pasportu ilə təchiz olunacaq. Onlayn satılan və Aİ-yə idxal edilən oyuncaqlar üzrə bu məlumatlar gömrük orqanları tərəfindən də yoxlanıla biləcək. Yeni qaydalar 2030-cu il avqustun 1-dən tam tətbiq ediləcək.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO







































