Avropa
Bir ailənin dörd üzvü ÖLÜ TAPILDI - İşdən qovulan məmur...
Bu həftə Lixtenşteyndə ölü tapılan iki kişi və iki qadının eyni ailəyə mənsub olduğu müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Alp dağlarında yerləşən bu kiçik knyazlıqda baş verən qeyri-adi hadisənin araşdırılmasına istinadla yazır.
Yerli polis bildirib ki, çərşənbə günü Lixtenşteynin paytaxtı Vadutsun yaxınlığında, Reyn çayının İsveçrə sahilində 41 yaşlı bir kişinin meyiti aşkarlanıb.
Məlum olub ki, o, Vadutsun cənubunda yerləşən Trizen bələdiyyəsində yüksək vəzifəli əməkdaş olub və bir neçə gün əvvəl mühasibat uçotundakı pozuntular səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.
Daha sonra polis Vadutsdakı bir mənzildə 73 yaşlı kişinin və 68 və 45 yaşlarında olan iki qadının cəsədlərini tapıb. Polis məlumatına görə, onlar bələdiyyə əməkdaşının valideynləri və bacısı olublar.
Ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün meyitlərin üzərində ekspertiza aparılır.
Hüseyn İbadlı
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






















.jpg)













