Avropa
Tramp və Consonun müharibədən əldə etdiyi qazanc: Zelenskiyə təzyiq ediblər?
ABŞ prezidenti Donald Tramp və İngiltərənin keçmiş baş naziri Boris Consonun müharibədən böyük pullar qazandığı gündəmə gəlib. Məlumatlara görə, Conson hərbi sənaye şirkətlərinin istəyi ilə Ukrayna müharibəsinin davam etməsi istiqamətində çalışıb, Tramp isə müdafiə sənayesi şirkətlərinə yatırımlar edir.
Publika.az xəbər verir ki, ABŞ-da liberallara yaxınlığı ilə tanınan “Responsible Statecraft (RS)” saytı Trampın prezidentliyi dövründə “Boeing” və “İnter Mil” kimi müdafiə sənayesi şirkətlərinə milyonlarla investisiya yatırdığını yazıb.
Sayt yazır ki, Müdafiə Nazirliyinin F-47 hərbi təyyarələri ilə bağlı layihə üçün “Boeing”ə 20 milyard dollarlıq tender verməsindən həftələr öncə Tramp şirkətin 6 milyon dollarlıq hissəsini alıb.
“Tramp ABŞ hökumətinin 10 faiz hissəsini aldığı “İntel” firmasına da yatırım edib. Bu investisiyalar “dövlət qaynaqlarının şəxsi qazanca çevrilməsi” deməkdir. Qanunlara görə ABŞ prezidentlərinin vəzifədə olduqları müddətdə investisiya yatırması və ticarətlə məşğul olması qadağandır”, - sayt yazır.
Məqalədə bildirilir ki, Trampın dövründə “Boeing” yenidən canlanıb: “Şirkət milyardlarla dollar gəlir əldə edib. Təkcə 2024-cü ildə Almaniyaya 900 milyon dollarlıq helikopter satışını reallaşdırıb. Bununla yanaşı, Trampın dövründə Pentaqon yeni raket sistemlərinin hazırlanması üçün şirkətlə 2,7 milyard dollarlıq müqavilə imzalayıb”.
“The Guardian” nəşri isə İngiltərənin keçmiş baş naziri Boris Consonun müharibədən əldə etdiyi qazancı araşdırıb.
Məlumata görə, ingiltərəli iş adamı Kristofer Harborn Consunun qurduğu özəl şirkətə 1 milyon strerlinq ianə edib. Harborn Ukrayna ordusunu PUA-larla təchiz edən hərbi sənaye şirkətinin ən böyük hissədarıdır. Consunun tez-tez gerçəkləşən Kiyev səfərində Harborn da iştirak edib və bu səfərlər zamanı Zelenskiyə “müzakirələri rədd etməsi” yönündə təzyiqlər də edilib.
Mediaya sızan diplomatik sənədlərdə London mərkəzli silah istehsalçılarının Rusiya-Ukrayna müharibəsinin davam etməsindən böyük gəlirlər əldə etdiyi vurğulanır. Ukraynada müharibə başlayandan indiyə qədər İngiltərənin müdafiə sənayesindəki ixracının 37 faiz artdığı, Kiyevə 4 milyard sterlinq dəyərində PUA, dron və hərbi sursat verildiyi haqda məlumatlar var. Keçmiş baş nazir Boris Consunun müharibənin davam etməsində xüsusi rol oynadığı bildirilir.
Asif
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






