Avropa
Britaniyanın müdafiə nazirindən şok açıqlama: Putini də Maduro kimi oğurlayacaqlar?
Böyük Britaniyanın müdafiə naziri Con Heyli Rusiya prezidenti Vladimir Putin haqqında diqqət çəkən açıqlamalar verib.
Publika.az UNİAN-a istinadən xəbər verir ki, nazir Putinin də Venesuelanın keçmiş lideri kimi aradan götürülməsinin tərəfdarı olduğunu etiraf edib. Heylinin sözlərinə görə, Venesuela lideri Nikolas Maduronun başına gələn hadisələr Vladimir Putinin də başına gəlsə, yəni o "oğurlansa" bu prosesə qarşı çıxmayacaq.
Britaniya rəsmisi hətta açıq şəkildə belə bir əməliyyatı keçirmək arzusunu da gizlətməyib. O, jurnalistin hansı dünya liderini "oğurlamaq" istəyində olması ilə bağlı sualına cavab olaraq deyib ki, o, bildirib ki, bu mövzudan danışarkən Rusiya lideri Vladimir Putini nəzərdə tutur.
Nazir fikrini konkretləşdirərək deyib ki, Putini təkcə ələ keçirmək deyil, Kreml rəhbərini müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək istəyindədir.
Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp da eyni mövzuda danışmışdı. Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında ABŞ-ın Rusiya prezidenti Vladimir Putini ələ keçirmək üçün əməliyyat keçirməyəcəyini bildirib. Tramp əlavə edib ki, o, Rusiya prezidenti ilə həmişə yaxşı münasibətdə olub.
Tural
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı














.png)




















