Avropa
Rusiyaya qarşı yeni sanksiya hazırlanır: Paketin tətbiq ediləcəyi tarix AÇIQLANDI
Avropa İttifaqı (Aİ) 24 fevrala qədər Rusiyaya qarşı yeni, 20-ci sanksiya paketi tətbiq edə bilər.
Publika.az xəbər verir ki, bu məlumatı "Euractiv" nəşrinə adı açıqlanmayan diplomat ötürüb.
Digər məsələlərlə yanaşı, yeni məhdudiyyətlər paketinin bir hissəsi olaraq, Aİ Rusiya ilə əlaqəli neft tankerlərinə xidmət göstərməyi qadağan edə, Rusiya gübrələrinin idxalına kvotaları azalda və Rusiyaya lüks malların ixracını məhdudlaşdıra bilər. Məlumata görə, İsveç və Finlandiya Avropa Komissiyasını oxşar tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Aİ Şurası Rusiyanın kölgə donanmasına məxsus 41 tankerə məhdudiyyətlər qoyduğunu elan etmişdi. Siyahıda olan gəmilərin Aİ limanlarına daxil olması və dəniz xidmətləri göstərməsi qadağandır.
Bundan əlavə, dekabrın sonunda Aİ son 11 ildə tətbiq edilən bütün Rusiya əleyhinə sanksiyaların 31 iyul 2026-cı ilə qədər uzadıldığını elan edib.
Adəm
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)




















