Avropa
Fransa Ukrayna üçün ciddi problemlər yaratdı
"Könüllülərin koalisiyası" sammitindən sonra Fransa, Avropa İttifaqının (Aİ) 90 milyard avroluq kreditlərindən istifadə edərək Ukraynanın ABŞ -dan silah almasına mane olmağa çalışır ki, bu da Kiyev üçün ciddi problemlər yaradacaq.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.
"Fransa vəsaitin yalnız Avropada xərclənməsini istəyir. Lakin Almaniya və Hollandiya bu şərtlərin çox sərt olduğunu iddia edirlər", - məlumatda qeyd edilib.
Ukraynanın Amerika silahlarını əldə etmək cəhdlərinə qoyulan qadağa Avropa Komissiyasının planının son versiyasında yer alıb və bu, bəzi Avropa liderləri arasında qəzəbə və mübahisələrə səbəb olub.
"Aİ diplomatlarından biri qəzetə bildirib ki, AK Parisə həddindən artıq qulaq asıb və mövqeyi ilə çoxlarını qəzəbləndirib", - qəzet yazıb.
Avropa İttifaqı daxilindəki fikir ayrılıqlarına görə, Kiyev tezliklə Patriot zenit-raket sistemləri də daxil olmaqla əsas silahlarını itirə bilər.
Hüseyn İbadlı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)




















