Avropa
Fransada yumurta və kruasan qıtlığı yarandı - Səbəb bu imiş
Fransada ciddi yumurta qıtlığı yaranıb.
Publika.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Fransada artan tələbat və istehsalın aşağı olması səbəbindən bu qida supermarket rəflərindən yoxa çıxıb.
Kanalın məlumatına görə, alıcılıq qabiliyyətinin azalması səbəbindən getdikcə daha çox fransız əti yumurta ilə əvəz edir, lakin istehsal istehlaka uyğun gəlmir.
Hesabatda qeyd olunur ki, Fransada ildə adambaşına orta hesabla 220-dən çox yumurta istehlak edilir. Əhalinin tələbatını ödəmək üçün ölkəyə hər il əlavə 300 milyon yumurta lazımdır. Fermerlər bunun öhdəsindən gələ bilmirlər və qıtlıq nə kənd təsərrüfatı etirazları, nə də quş qripi ilə əlaqəlidir.
Hökumət də tələbatın artmasının davamlı olduğunu və mövsümi olmadığını etiraf edib.
Ölkədə çörək sexləri də təchizatda fasilələr yaşayır. Restoran sahiblərinin sözlərinə görə, yumurta bir neçə təchizatçıdan alınmalıdır və artan xərclər çörək sexlərini kruasan hazırlamağı dayandırmağa məcbur edir.
"L'Internaute" portalı qeyd edir ki, Fransada son üç ildə yumurtaya olan tələbat hər il təxminən 5% artıb.
Ləman
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi





















.jpg)













