Avropa
Bu ölkələr Qrenlandiyaya hərbçilər yerləşdirir
Danimarka Qrenlandiyaya hərbi kontingent yerləşdirməyə başlayıb.
Publika.az xəbər verir ki, Danimarka Silahlı Qüvvələrinin qabaqcıl bölməsi artıq Qrenlandiyaya çatıb.
Qrenlandiya və Danimarka hakimiyyətləri adada hərbi mövcudluğun genişləndiriləcəyini və 2026-cı il ərzində müttəfiq ölkələrlə birgə hərbi təlimlərin davam etdiriləcəyini elan ediblər.
Bu gün, həmçinin İsveç Qrenlandiyaya hərbi personalının bir hissəsini göndərdiyini təsdiqləyib.
Almaniya da bu həftə hərbçilərdən ibarət ilk heyəti Qrenlandiyaya göndərəcək. Bu barədə “Bild” qəzeti yazır ki, əvvəlcə Almaniya Silahlı Qüvvələrinin (Bundesverin) bir neçə üzvündən ibarət öncü dəstə adaya göndəriləcək. İlk kəşfiyyat qrupu yanvarın 15-də yola düşəcək.
NATO-dakı digər avropalı tərəfdaşların da bu təşəbbüsə qoşulacağı gözlənilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun istənilən yolla Qrenlandiya üzərində nəzarəti əldə edəcəyini bəyan edib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)




















