Avropa
Yeni strategiya hazırlanır - Avropa Təhlükəsizlik Şurası yardılır?
Avropa İttifaqı yeni təhlükəsizlik strategiyası hazırlamağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen ötən gün Kiprdə keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, işin ilkin mərhələsində yeni sənədə daxil edilə biləcək mövzuların siyahısını "sərt şəkildə məhdudlaşdırmaq" və ya genişləndirmək "yersiz" olardı. O qeyd edib ki , Avropa strategiyası təqdim edildikdən sonra Avropa Təhlükəsizlik Şurasının yaradılıb-yaradılmayacağı aydın olacaq.

"Strategiya hazırlanarkən məqsəd bütün bilikləri toplamaq, dünyada baş verən geostrateji və geosiyasi dəyişiklikləri və mövcud ehtiyacları sənədləşdirmək və onlara adekvat cavab verməkdir", - Avropa Komissiyasının rəhbəri vurğulayıb.
Bu arada, Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin (SEDE) hesabatında artıq Rusiya Aİ təhlükəsizliyinə əsas təhdid kimi müəyyən edilib. Sənəddə bildirilir ki, Aİ İkinci Dünya Müharibəsindən bəri milli təhlükəsizliyə ən ciddi təhdidlə üzləşir. Bu təhdid Ukraynadakı münaqişə, eləcə də "daha geniş hibrid təhdidlər, terrorizm, kiberhücumlar və kritik infrastruktur və iqlim dəyişikliyi ilə bağlı risklər" ilə əlaqələndirilir . Bundan əlavə, sənəddə Çin "strateji rəqib" kimi müəyyən edilib və NATO "kollektiv müdafiənin təməl daşı" adlandırılıb.
Hüseyn İbadlı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
























.jpg)











