Avropa
Timoşenko pulsuz qaldı, girovu ödəyə bilmədi
Ukraynanın keçmiş baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko bank hesablarının bloklandığını və bu səbəbdən özü üçün müəyyən edilən 50 milyon qrivna məbləğində girovu ödəyə bilmədiyini bildirib.
Publika.az xəbər verir ki, b, bunu "Facebook"da yazıb.
“Bu, absurddur. Aşkar şəkildə sifarişli siyasi iş üzrə girovu ödəməyi planlaşdırırsan, amma bunu edə bilmirsən. Çünki məhkəmə qərarı çıxmamış hesabların artıq bloklanıb”, — deyə Timoşenko qeyd edib.
O, hesabların dondurulmasını “primitiv addımlar” adlandıraraq bunun onu “qaçmağa və ya mübarizəni dayandırmağa məcbur etməyəcəyini” vurğulayıb.
Xatırladaq ki, yanvarın 13-də Ukraynanın İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) və Milli Antikorrupsiya Bürosu (NABU) Timoşenkonun ofisində axtarışlar aparıb. Qurumlar Ali Radanın fraksiyalarından birinin rəhbərinin deputatlara qanun layihələrinə səs vermələri üçün rüşvət təklif etməsi faktının ifşa edildiyini açıqlayıb.
Timoşenko ittihamları rədd edərək onları siyasi sifariş adlandırıb. Daha sonra o, Ali Radanın tribunasından çıxış edərək təzyiqlərə baxmayaraq fraksiyanın fəaliyyətini davam etdirəcəyini bildirib.
Hüseyn İbadlı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)




















