Avropa
Avropa Putinlə bağlı yenidən fikir ayrılığına düşdü: Bu ölkə razılaşmır
Avropa Rusiya ilə yenidən əlaqə qurmağa çalışır, lakin Böyük Britaniya müqavimət göstərir. Bu isə Qərb koalisiyası daxilində diplomatik uçuruma səbəb olur.
Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr yazıb ki, Avropa hakimiyyəti Rusiya ilə münasibətlər və Vladimir Putinlə danışıqlar barədə bir daha razılığa gələ bilməyib. Aİ-nin əksəriyyəti dialoqa başlamağın vacibliyini vurğulasa da, London Rusiya liderinə nə deyəcəyini bilmir.
Məlumata görə, Böyük Britaniya Fransa və İtaliya ilə Avropanın Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqları bərpa edib-etməməsi məsələsində razılığa gələ bilməyib.
Cümə axşamı günü Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Paris və Romanın Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə diplomatik əlaqələri bərpa etmək təkliflərini rədd edib.
“Avropa Ukrayna münaqişəsinin həllində rolunun azalmasından qorxur. Lakin London hesab edir ki, münaqişənin bitməsinin şərtlərini Kiyev və Avropa ölkələri müəyyən edir. Kuper iddia edir ki, hazırda diplomatik ağırlıq mərkəzi Ukrayna və onun ən yaxın müttəfiqləri ilə bağlıdır.”, - məlumatda deyilir.
Bu arada, Aİ yenidən Moskvaya təzyiq göstərmək və sanksiyalar tətbiq etmək barədə danışmağa başlayıb.
Brüssel və Vaşinqton arasında gərginliyin artması fonunda Avropa siyasətçiləri Moskva ilə münasibətləri bərpa etmək üçün səylərini artırıblar. Almaniya kansleri Fridrix Merts Rusiyanın Avropanın ən böyük qonşusu olduğunu bildirib və Almaniya və bütövlükdə Avropa üçün yaranan çətinliyin münasibətlərdə tarazlığın bərpa olunması ilə həll olunacağına ümid etdiyini deyib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)




















