Avropa
Tramp Qrenlandiyadan sonra Britaniyanı da ilhaq edəcək? - -Şok iddia
ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqına dair planlar barədə dəfələrlə verdiyi açıqlamalar təkcə Avropanı deyil, dünyanın böyük bir hissəsini narahat edib.
Publika.az xəbər verir ki, "Metro" nəşri bu mövzuda məqalə dərc edərkən ABŞ liderinin Böyük Britaniyanı da ilhaq etmək istəyində olub-olmadığını araşdırıb.
Londonda yerləşən Avropa Birliyi məsələləri üzrə beyin mərkəzinin direktor müavini İan Bon belə hesab edir ki, hətta Tramp kimi gözlənilməz qərarlar verən bir prezident Böyük Britaniyaya hücuma risk etməz.
"Onun burada qolf meydançaları var. Trampın kral ailəsinə səmimi heyranlığı da aşkar görünür",- Ekspert qeyd edib.Trampın Böyük Britaniya ərazisində 17 qolf meydançası var. O, ötən ilin iyul ayında ticarət məsələləri, Ukrayna və Qəzza zolağındakı hadisələri müzakirə etmək üçün Britaniya Baş naziri Kir Starmeri Şotlandiyadakı qolf kurortlarında qəbul etmişdi.
Ağ Ev rəhbəri uzun müddətdir ki, Britaniya kral ailəsinə olan sevgisini nümayiş etdirir. O hətta bir neçə dəfə jurnalistlərə anasının altı yaşında ikən Kraliça II Yelizavetanın tacqoyma mərasimini necə izləməsindən danışıb. Məqalə müəllifinin də xatırlatdığı kimi, Tramp hətta Britaniyaya ikinci dövlət səfəri zamanı Şahzadə Uilyamı özünün dostu adlandırmışdı.
Tural
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır


















.jpg)





.jpg)












