Avropa
Fransa üçün yeni yol xəritəsi: NATO-dan çıxış, Rusiya ilə ittifaq
Fransanın keçmiş prezidenti Şarl de Qollun nəvəsi, Millətlər Arasında Sülh və Dostluq Fondunun prezidenti Pyer de Qoll Parisin təhlükəsizlik siyasətinə yenidən baxılmasını təklif edib.
Publika.az xəbər verir ki, o, Fransanın Rusiya ilə əməkdaşlığı bərpa etməsinin və NATO-nun vahid hərbi komandanlığından çıxmasının vacibliyini vurğulayıb.
Pyer de Qoll ABŞ-ın qlobal təsirini artırmağa çalışdığını bildirib və bu fonda Fransanın öz suverenliyini geri qaytarmalı olduğunu qeyd edib.
De Qoll “Millətlər Avropası” konsepsiyasının qurulmasını, çoxqütblü dünya nizamına üstünlük verilməsini, Rusiya ilə Antantanın bərpasını və NATO-nun birgə komandanlığından çıxmağı mümkün addımlar kimi göstərib.
O, tarixi nümunəyə toxunaraq xatırladıb ki, 1966-cı ildə Şarl de Qoll Fransanı NATO-nun vahid komandanlığından çıxarıb. Nəvəsinin sözlərinə görə, bu gün də oxşar addım Parisin beynəlxalq arenada müstəqil siyasət yürütməsi üçün yeni strategiyanın tərkib hissəsi ola bilər.
Qeyd edək ki, Antanta 1904-1907-ci illərdə Böyük Britaniya, Fransa və Rusiya arasında ittifaq kimi formalaşıb. Birinci Dünya müharibəsi dövründə bu koalisiyaya 20-dən çox dövlət qoşulub. Müharibədən sonra isə bəzi Antanta ölkələri keçmiş Rusiya imperiyasının ərazilərinə müdaxilədə iştirak ediblər.
Akqabay
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı












.jpg)













.jpg)












