Avropa
Orban Aİ-nin məxfi Ukrayna sənədini ifşa etdi: Növbəti 10 il ərzində…
Macarıstanın baş naziri Viktor Orban Avropa Birliyinin Ukraynanın 1,5 trilyon dollarlıq maliyyə tələblərini əks etdirən məxfi sənədi Aİ liderlərinə təqdim etdiyini açıqlayıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, o, sənəddə yer alan tələblərin miqyasını “atom bombasının təsiri ilə müqayisə edilə bilən” adlandırıb.
Orban bildirib ki, Kiyev Avropa Birliyindən növbəti 10 il ərzində 800 milyard dollar maliyyə vəsaiti ayırmağı tələb edir. Onun sözlərinə görə, sənəddə bu vəsaitlərin necə toplanacağı, eləcə də maliyyələşdirmə mərhələləri ətraflı şəkildə göstərilib.
Macarıstan Baş naziri qeyd edib ki, Ukrayna ilkin mərhələdə 300 milyard dollar almağı gözləyir. Sənəddə ayrıca bənddə isə eyni 10 illik dövr üçün hərbi xərclərə əlavə 700 milyard dollar tələb olunduğu bildirilir.
Orban vurğulayıb ki, Avropa Birliyi əvvəlcə bu tələblərin yumşaldılacağını və ya yenidən nəzərdən keçiriləcəyini gözləsə də, onun fikrincə, sənəd artıq faktiki olaraq qəbul edilib. O, Macarıstanın həm Kiyevin, həm də Brüsselin bu planlarına qəti şəkildə qarşı çıxdığını bəyan edib.
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı












.jpg)













.jpg)












