Avropa
Avropada parçalanma: Veto hüququ müttəfiqləri üz-üzə qoydu
Xarici siyasətdə qərarların verilməsi məsələsi Avropa İttifaqında (Aİ) fikir ayrılığına səbəb olub.
Publika.az xəbər verir ki, bir sıra Aİ ölkəsi xarici siyasət qərarlarının qəbul edilməsi zamanı veto hüququnun məhdudlaşdırılmasını, yaxud tamamilə ləğv edilməsini təklif edir.
“Politico” nəşri yazır ki, bu təşəbbüs Almaniya və İsveç tərəfindən irəli sürülüb.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful xarici siyasət və təhlükəsizlik məsələlərində yekdillik prinsipindən imtina edilməsi təklifini irəli sürüb. O, son illərin təcrübəsini, xüsusilə Ukraynaya yardım və Rusiyaya qarşı sanksiya qərarlarının qəbulu ilə bağlı yaranan problemləri arqument kimi təqdim edir. Hesab edir ki, hadisələrə çevik reaksiyanın verilməsi yekdil qərar prinsipini dəyişmək zərurəti yaradır.
İsveçin baş naziri Ulf Kristersson isə qərarların qəbulunda səsvermə sisteminin tətbiq edilməsini təklif edir.
Lakin bəzi ölkələr bu islahatlara qarşı çıxır. Bildirirlər ki, xarici siyasət milli məsuliyyət olaraq qalır və bu, hər kəs tərəfindən tənzimlənməlidir. Fransa, Belçika və bir sıra digər ölkələr islahatlara qarşı çıxanlar arasındadır. Onların mövqerinə görə, veto hüququ Avropa İttifaqı daxilində milli maraqların qorunmasına imkan verir.
Asif
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
















.jpg)

.jpg)
















