Avropa
Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
Niderland hökuməti ölkənin ekzkluziv iqtisadi zonasında "kölgə donanması" gəmilərinin saxlanılmasına və yoxlanılmasına icazə verilməsini təklif edib.
Publika.az xəbər verir ki, müvafiq qanun layihəsi 9 oktyabrda parlamentin aşağı palatasına təqdim edilib.
Xarici gəmilər haqqında qanuna edilən bu düzəliş Niderland hakimiyyət orqanlarına gəmiləri əlavə yoxlama üçün lövbər salmağa və ya limana üzməyə məcbur etməyə imkan verəcək. Qanun pozuntuları aşkar edilərsə, gəmi tam qaydada saxlanıla və kapitan həbs edilə bilər.
Həmçinin Niderland bayrağının gəmilərdə qanunsuz istifadəsinə görə tətbiq olunan cəzanın dörd ilə qədər artırılması da təklif olunur. Bu, parlamentin qanun layihəsini təsdiqləməsi halında tətbiq olunacaq.
Hökumət bəyan edib ki, Rusiyanın "kölgə donanmasının" bir hissəsi kimi təsnif etdiyi gəmilər Avropa Birliyi sanksiyalarından yayınmaq üçün istifadə olunur və çox vaxt bayraqsız, ya da saxta bayraqlar altında üzürlər.
Niderland hakimiyyəti sənəddə ümumilikdə gəmiçilik və ətraf mühit üçün potensial riskləri də vurğulayıb. Səlahiyyətlilər köhnə və sığortasız gəmilərin qəzalara səbəb ola biləcəyini və etibarlı sığortanın olmamasının zərərin ödənilməsini çətinləşdirəcəyini bəyan ediblər.
Müəllif: Tural
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO















.jpg)




















