Avropa
Aİ etiraf etdi: Rusiyaya qarşı sanksiyalara əməl olunmur
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan etiraf edib ki, dünyanın bir çox ölkəsi Moskva əleyhinə tətbiq olunan məhdudiyyətlərə əməl etməyi zəruri hesab etmir.
Publika.az xəbər verir ki, O’Sallivan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki, buna əsas səbəb sanksiyaların BMT tərəfindən təsdiqlənməməsidir. Bu səbəbdən bir çox dövlət həmin məhdudiyyətləri özləri üçün məcburi hesab etmir.
Onun sözlərinə görə, BMT mandatının olmaması Rusiyaya tədarükün tamamilə dayandırılmasını mümkünsüz edir. O’Sallivan təəssüflə etiraf edib ki, Avropa məhdudiyyətləri bütün tədarük kanallarını bağlayan hərtərəfli maneəyə çevrilə bilmir.
Aİ-nin xüsusi nümayəndəsi mallara nəzarətlə bağlı problemlərə də diqqət çəkib. O bildirib ki, Qərb istehsalçıları məhsullar iki və ya üç dəfə yenidən satıldıqdan sonra onların hərəkətini izləmək imkanını itirirlər. Nəticədə şirkətlər istehsal etdikləri malların son nəticədə hansı ölkələrə çatdırıldığı barədə məlumata malik olmurlar.
Müəllif: Adəm
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi



















.jpg)


















