Avropa
Fransada etirazlar xaosa çevrildi: Mağazalar talan edilir - VİDEO+FOTOLAR
Fransada keçirilən ümummilli etiraz aksiyaları zamanı ölkənin bir çox şəhərlərində iğtişaşlarla yanaşı talanlar da qeydə alınır.
Publika.az BFMTV-yə istinadən xəbər verir ki, Fransanı bürüyən talan dalğası ən çox brend mağazalara təsir edib. Qeyd edilib ki, dövlət müəssisəsləri ilə yanaşı ticarət obyektlərinə də kütləvi hücumlar təşkil olunur.
Lionda mağazalar yandırılır
Dünən yerli vaxtla saat 15:30 radələrində Lion şəhərində maskalı olan və kapüşonla üzlərini gizlətməyə çalışan qruplar ticarət obyektlərinin vitrinlərini daşlayaraq mağazaları dağıtmağa başlayıblar. "France 3" kanalının verdiyi məlumata görə, geyim, çiçək, videoyunlardan ibarət mağazalara və əsasən də qida (fast-fud) şəbəkələrinə ciddi ziyan dəyib. Jakoben meydanı yaxınlığında yerləşən "Hugo Boss" brendinin mağazasında isə yanğın baş verib. Bəzi mağaza sahibləri öz mülklərini qorumaq üçün əllərində beysbol dəyənəkləri ilə küçələrə çıxaraq vitrinlərin önündə növbə çəkməyə məcbur olublar.
Şəhərdə yaşananları əsl faciə adlandıran Lion meri Qreqori Duse baş verənlərə sərt reaksiya verib: "İctimai binalarımız hamımızın ortaq sərvətidir. Onları dağıtmaq mülklərə deyil, elə sakinlərin özlərinə qəsd etmək deməkdir".
Şəhər rəhbəri zərərçəkən sahibkarlara, həmçinin ərazidə xidmət aparan polis və yanğınsöndürənlərə dəstəyini ifadə edib.
Marseldə meriya binası və polis idarəsi darmadağın edilib
Oxşar gərgin vəziyyət Marsel şəhərində də qeydə alınıb. Mərkəzi küçələrdə onlarla ticarət obyekti, geyim və ayaqqabı mağazalarından tutmuş zərgərlik salonları və "Hermes" butikinə qədər talan olunub. Yanğınsöndürənlər alovlanan idman malları mağazasındakı yanğını söndürməyə kütləvi şəkildə cəlb olunublar. Bununla yanaşı, etirazçılar Marsel meriyasının binasını və yerli polis idarəsini yandırıb dağıda biliblər.
Yüzlərlə saxlanılan var
Fransa Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, ölkə üzrə iğtişaşlarda iştirak edən yüzlərlə etirazçı saxlanılıb. Yüzdən çox saxlanılan paytaxt Parisin payına düşür.
Qeyd edək ki, aksiyalar əhalinin kəskin qiymət artımı və həyat şəraitinin pisləşməsinə qarşı narazılığı fonunda keçirilir. Təşkilatçılar ölkə üzrə nümayişlərə 800 minə yaxın insanın qatıldığını bildirsələr də, DİN iştirakçıların sayının bu rəqəmdən xeyli az olduğunu açıqlayıb.
Müəllif: Tural
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO

















.jpg)


.png)





.jpg)











