Avropa
Zelenski: "Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib"
Rusiya atəşkəslə bağlı hər hansı təklifi qəbul etməkdən imtina edir. Bu il ərzində Moskva bütün atəşkəs təşəbbüslərini rədd edib.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən “Könüllülər Koalisiyası”nın iclasından sonra təşkil olunan mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, “Könüllülər Koalisiyası”nın iclasında Ukrayna üçün beş prioritet müzakirə olunub. Bunlardan birincisi hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi olub.
Prezident qeyd edib ki, bu ilin yayın ortalarından etibarən Rusiya, xüsusilə ballistik raketlərdən istifadə etməklə, Ukraynaya hücumlarını davamlı olaraq artırır.
O vurğulayıb ki, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün konkret birgə tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bununla belə, Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib.
“Bunlar sadəcə sözlər deyil. Rusiya il ərzində bütün deeskalasiya təkliflərini rədd edib. Müxtəlif tərəfdaşlar bu məsələ ilə bağlı Rusiyaya müraciət ediblər, lakin Putin bütün təkliflərdən imtina edib”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiyaya Qara dənizdə gərginliyin azaldılması, enerji sahəsində deeskalasiya və digər atəşkəs formatları ilə bağlı təkliflər təqdim olunub.
“Rusiya bütün bu təkliflərə eyni cavabı verdi – imtina etdi”, – deyə Ukrayna Prezidenti əlavə edib.
-
Dünya23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?
-
Elm və təhsil20:00Nazir Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO
-
Rəsmi xronika16:08Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır - İlham Əliyev
-
Nida Xəbər 15:12Məleykə Abbaszadə rektor təyin olunmazdan 13 dəqiqə əvvəl nə paylaşmışdı? - FOTO






















.jpg)













.png)