Avropa
Türkiyə və daha 14 ölkə İsrailə qarşı sanksiyaları alqışladı
Türkiyə Xarici İşlər Nazirliyi və daha 14 ölkə birgə bəyanatla çıxış edərək Böyük Britaniya və Avstraliyanın İsrailə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsini alqışlayıb.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Sanksiyalar İsrailin Fələstin ərazilərindəki məskunlaşma fəaliyyətinə qarşı yönəlib. Bu fəaliyyət beynəlxalq hüquq baxımından qanunsuz hesab olunur.
Daha əvvəl Böyük Britaniya, Fransa, Kanada və bir sıra digər ölkələrin İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq edəcəyi məlum olmuşdu. Britaniyanın elan etdiyi tədbirlərə Fransa, eləcə də Kanada, Danimarka, Finlandiya, İslandiya, Polşa, Portuqaliya və İsveç qoşulub.
Təşəbbüsü Əlcəzair, Misir, İndoneziya, İordaniya, Qətər, Küveyt, Liviya, Maldiv adaları, Niger, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, Somali və Türkiyənin xarici işlər nazirlikləri dəstəkləyib. Sənəddə Britaniya hakimiyyətinin Qəzza zolağına humanitar yüklərin çatdırılmasına mane olan strukturlara qarşı məhdudiyyətlər tətbiq etmək qərarı da bəyənilib.
Bəyanatı imzalayan nazirlər yaşayış məntəqələrinin genişləndirilməsində və ilhaq siyasətində iştirak edən fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəlmiş beynəlxalq səyləri dəstəklədiklərini təsdiqləyiblər. Sənəddə işğal altındakı Şərqi Qüdsün şərqində yeni obyektlərin tikintisi planları xüsusi olaraq pislənilib.
Xarici işlər nazirləri London və Kanberranın atdığı addımların presedent yaradacağına və digər dövlətləri də oxşar məhdudlaşdırıcı tədbirlərə qoşulmağa təşviq edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Daha əvvəl Almaniyanın xarici işlər naziri İohann Vadeful Avropa İttifaqının İsrailə qarşı sanksiyalar tətbiq etməsini istisna etməyib. Onun sözlərinə görə, bunu hansısa tabu hesab etmək olmaz.
Hüseyn İbadlı
-
Səhiyyə04:14Bu vitamin ağciyər xərçəngi riskini azaldır
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevindirici xəbərlər gündəmə gələ bilər
-
İdman19 Noyabr 23:48Hakim ciddi xəsarət aldı, futbolçu 8 il müddətinə diskvalifikasiya edildi - VİDEO
-
Dünya19 Noyabr 23:12Bu ölkədə altı günlük iş həftəsi ləğv edildi
-
İdman19 Noyabr 23:00PSJ 50 milyonluq futbolçunun satışını təkzib etdi - FOTO
-
Nida Xəbər 19 Noyabr 21:50Holdinq rəhbəri 445 minlik mənimsəyə görə Azərbaycana gətirildi
-
Art19 Noyabr 20:48Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTO
-
Dünya19 Noyabr 20:36Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?






















.jpg)
.png)












.png)