Bakı 2015
İsveçrəni Avropa Oyunlarında bu idmançılar təmsil edəcək
İsveçrəni “Bakı-2015” Avropa Oyunlarında təmsil edəcək
idmançılar arasında beynəlxalq yarışların qalibi olmuş idmançılar
yer alır.
AZƏRTAC xəbər verir ki, 67 kq çəki dərəcəsində Nina Klay taekvondo
üzrə qitə çempionu olduğu üçün Avropa Oyunlarında İsveçrənin bu
idman növündə qızıl medal qazanmaq şansı yüksək qiymətləndirilir.
O, həmçinin 2013-cü ildə keçirilmiş taekvondo üzrə dünya
çempionatında bürünc, 2006-cı ildə keçirilmiş Avropa çempionatında
isə gümüş medal qazanıb. Bundan başqa, 57 kq çəki dərəcəsində
2008-ci ildə Çində keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı
olmuş taekvondoçu Manuela Bezzola 2010-cu ildəki Avropa
çempionatının bürünc medalçısıdır.
70 kq çəki dərəcəsində cüdo yarışlarında çıxış edəcək Juliane Robra
isə Avropa çempionatlarının bürünc medalçısı olduğuna və “London-
2012” Yay Olimpiya Oyunlarında iştirak etdiyinə görə İsveçrənin
cüdo yarışlarında medal qazanmağa layiq namizədlərdən biri hesab
olunur. Ludovic Çammartin isə keçmiş Olimpiya çempionudur.
İsveçrəni karate yarışlarında 2012-cı və 2013-cü ildə yeniyetmələr
arasında Avropa çempionatının qalibi olmuş Elena Quirici təmsil
edəcək. Bundan savayı, Raçel Moret stolüstü tennis üzrə üçqat
İsveçrə çempionudur. O, dünya çempionatlarında dörd dəfə iştirak
edib.
Qeyd edək ki, İsveçrəni birinci Avropa Oyunlarında təmsil edəcək
idmançılardan 30-u artıq müəyyənləşib. “Bakı-2015”də isveçrəli
idmançılardan 4-ü badminton, 3-ü boks, 4-ü kanoe, kayak və
qılıncoynatma, 7-si cüdo, 7-si karate və güləş, 2-si taekvondo,
digərləri isə tennis yarışlarında mübarizə aparacaq.
İsveçrə Olimpiya Komitəsi növbəti seçimini mayda keçirəcək.
İsveçrəni ilk Avropa Oyunlarında məşqçilər də daxil olmaqla 200
idmançının təmsil edəcəyi gözlənilir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
