Bakı 2015
Britaniyanın Essex Universitetində Bakı 2015-in tanıtım kampaniyası
Aprelin 24-də Böyük Britaniyanın Essex Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə bu il Azərbaycanda baş tutacaq "Bakı 2015" I Avropa Oyunlarının tanıtım kampaniyası keçirilib.
Azərbaycanlı Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, təşkil edilən kampaniya universitetin tələbələri, eləcə də tədris heyəti tərəfindən maraqla qarşılanıb. Kampaniya fərqli ölkələrdən olan tələbələrə həm Azərbaycan, həm də keçiriləcək I Avropa Oyunları haqqında məlumatların verilməsi və müxtəlif təbliğat materiallarının paylanılması ilə davam etdirilib.
Təşkilat heyəti Essex Universitetinin İngiltərənin ən zəngin beynəlxalq tələbə auditoriyasına malik universitetlərindən biri olduğuna görə təhsil ocağında baş tutan tədbirin Azərbaycanın təbliği üçün uğurlu təşəbbüs olduğuna inandıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir “Bakı 2015” I Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycanın Londondakı səfirliyinin dəstəyi, Essex Universitetinin Azərbaycan Cəmiyyətinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamentinin təşkilatçılığı ilə baş tutub.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)