Bakı 2015
Bolqarlar Bakı-2015-i səbirsizliklə gözləyir
Bolqarıstan iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunacaq.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə Bolqarıstan Prezidenti Rosen Plevneliyev III Qlobal Açıq Cəmiyyətlər Forumunun kuluarlarında deyib.
Onun sözlərinə görə, baş nazir, prezident burada olacaq: "Bolqarıstan idmançıları çox minnətdardırlar və onlar bu dünya miqyasında hadisəyə yaxşı hazırlaşıblar".
R.Plevneliyev Bolqarıstan xalqı adından və Avropa dövlətinin başçısı kimi Avropa Oyunlarının təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib. Prezident qeyd edib ki, I Avropa Oyunlarının tarixi əhəmiyyəti olacaq: "Gözəl Bakıya (Avropa Oyunları üçün - red.) gələcəyimiz günü səbirsizliklə gözləyirik".
O, III Qlobal Açıq Cəmiyyətlər Forumu kimi irimiqyaslı tədbiri təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib: "XII əsrdə yaşamış azərbaycanlı mütəfəkkir, filosof və şair Nizami Gəncəvidən dialoqu anlamağı, müxtəlif ideyaların qiymətləndirilməsini və dözümlüyüyü öyrənmək lazımdır".
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)