Bakı 2015
Bakı-2015: Məşəl Lənkərana yola düşdü
İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin səyahəti davam etdirilir.
Publika.az xəbər verir ki, məşəl səyahəti proqramı çərçivəsində yerli idmançıların müşayiəti ilə Lənkərana aparılıb.
Festival çərçivəsində saat 19:45-də Məşəl estafeti olacaq. Heydər Əliyev parkında Alov festivalı 1 saat sonra 20:45-də baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 22:05 üçün nəzərdə tutulub.
Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Xatırlatma...
Xəzər dənizi və Talış dağları arasında yerləşən Lənkəran ərazisinin (221,000 km²) böyüklüyünə görə Azərbaycan şəhərləri arasında dördüncü yerdədir. Nəfis memarlıq və füsunkar təbiət landşaftları ilə Lənkəran ölkənin ən cəlbedici şəhərlərindən biridir. Burada şəhərin girişində qoyulan samovar da rəmzi xarakter daşıyır. Çünki Lənkəran bildiyimiz kimi, Azərbaycanda çayın vətəni sayılır. Burada ucsuz-bucaqsız çay plantasiyaları var. Çay Lənkəran üçün həm iqtisadi, həm də mədəni baxımdan əhəmiyyət kəsb edir.
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı



































.jpg)
