Bakı 2015
Baba Vəziroğlu: “Avropa ölkələri sırasında Azərbaycan öz imzasını atacaq”
Tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu Azərbaycanda keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunlarını dünya tarixində əsrlərlə danışılacaq cahanşümul hadisə kimi dəyərləndirib.
Publika.az-a açıqlama verən şair tarixə düşən ilkləri xatırladıb: “İlk dəfə olaraq dünyada tarixi hadisə baş verdi, Yuri Qaqarin kosmosa uçdu. Ondan sonra dünyada bu hadisə dəfələrlə təkrarlandı, amma tarixə yalnız kosmosa ilk dəfə olaraq uçan Qaqarinin adı qızıl hərflərlə yazıldı. Sözümün canı budur ki, hər zaman tarixdə ilklər qalır. Avropa Oyunlarının da ilk dəfə olaraq Azərbaycanda keçirilməsi ilklər sırasında olan tarixi hadisədir. Zaman keçəcək, bir çox dünya dövlətlərində bu hadisə təkrarlanacaq. Amma tarixdə ilkə imza atan Azərbaycanın adı qalacaq. Bu, Azərbaycanın taleyində ilk hadisə də deyil. Yadımıza salaq. Şərqdə ilk Demokratik Respublika ilk dəfə olaraq Azərbaycanda yaradılıb, Şərqdə ilk operanın vətəni Azərbaycan olub, Şərqdə ilk opera yazan qadın da azərbaycanlı olub. Bu ilklərə biri də əlavə olundu - “Bakı 2015” Birinci Avropa Oyunları”.
Baba Vəziroğlu mötəbər tədbirin beynəlxalq aləmdə Azərbaycanın tanınması baxımından böyük rol oynayacağını deyib: “Bu tarixi hadisə Azərbaycana həm də mənəvi və iqtisadi dividentlər gətirəcək. Sözün açığı, məni ən çox mənəvi dividentlər maraqlandırır. Çünki Azərbaycan öz barışsevərliyi, qonaqpərvərliyi ilə bir daha dünyada öz müsbət imicini möhkəmləndirəcək. Toplum olaraq Avropa ölkələri sırasında Azərbaycan da bir mədəni xalq olaraq öz imzasını atacaq. Bu tədbir eyni zamanda, mədəniyyətin, iqtisadiyyatın, idmanın, musiqinin təntənəsi deməkdir”.
Cəvahir Səlimqızı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)