Bakı 2015
Zəlimxan Yaqub: “Dünya bu mötəbər tədbirdən ilham alacaq”
Xalq şairi Zəlimxan Yaqub Azərbaycanda keçirilən Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını Publika.az-la bölüşüb.
İlk Avropa Oyunlarını tarixi hadisə kimi qiymətləndirən xalq şairi bu hadisədən qürurlandığını dilə gətirib:
“Ölkəmizdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsini şanlı tarixi hadisə kimi qiymətləndirirəm. Bu öz yerində, eyni zamanda, amma bu möhtəşəm hadisə ilə bağlı ölkəmizdə başlanan quruculuq işlərinin özü ayrıca bir hadisədir. Bütün xalqım bu mötəbər tədbirə tədarük görür. Bölgələrimizdə sanki bir atəşfəşanlıq yaşanır, Bakıda başlanan Alov Festivalı kəndbəkənd gəzir. Odlar yurdu Azərbaycanım qonaqlarını qarşılamağa hazırlaşır. İnsan öz evinə qonaq çağıranda hansı duyğuları yaşayırsa, Azərbaycan xalqı da eyni duyğular içindədir. Bundan böyük sevinc, bundan böyük təntənə, bundan böyük izdiham olarmı?! Azərbaycanda bu möhtəşəm oyunların keçirilməsi üçün tikilən və dünya standartlarına cavab verən idman kompleksinə baxanda adamın ürəyi açılır”.
Xalq şairi bayram əhval-ruhiyyəsini korlamaq istəyən və bu nüfuzlu tədbirə kölgə salmaq istəyən insanlara da sözünü deyib:
“Hər kəs bilir ki, bu möhtəşəm tədbir Azərbaycanın, dövlətçiliyimizin dünyada möhkəmlənməsinə xidmət edəcək. Ölkəmiz bu tədbirdən böyük uğurlar qazanacaq, amma düşmənlərimiz ziyan çəkəcək. Bəzi üzdəniraq qüvvələr orda-burda ağızlarına gələni danışır, dövlətçiliyimizə, uğurlarımıza kölgə salmaq istəyir. Orda-burda qarayaxma kampaniyasına başlayıblar. Amma arzuları gözlərində qalacaq. Dünya bu mötəbər tədbirdən ilham alacaq. Elə qurumlara, elə insanlara üzümü tutub deyirəm ki, darqursaq olmayın, uğura sevinməyi bacarın. Öz hərəkətlərinizə görə utanacaqsınız, amma “daldan atılan daş topuğa dəyər” deyib atalar”.
Cəvahir Səlimqızı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)