Bakı 2015
Dünya çempionumuzun təəssüfü: “Tarixi yarışla tarixə düşmək istərdim”
Cüdo üzrə olimpiya və dünya mükafatçısı, sambo üzrə dünya və ikiqat Avropa çempionu Mövlud Mirəliyevin peşəkar idmana qayıtması ilə bağlı məlumat vermişdik. 40 yaşlı idmançı “6 ildən sonra samboçu kimi I Avropa Oyunlarında çıxış etməyi planlaşdırırdı. Lakin bir neçə il əvvəl boynunda aparılan əməliyyat onun bu yarışlara qatılmasına mane olub.
Mövlud Mirəliyev Publika.az-a açıqlamasında bu mötəbər yarışda iştirak edə bilməyəcəyi üçün təəssüfləndiyini dilə gətirdi:
“Təəssüf ki, I Avropa Oyunlarında iştirak edə bilməyəcəm. Yarışlarda da özümü sınadım. Son yarışdan sonra qərara gəldim ki, yox, mənim üçün ağırdır. Bir neçə il əvvəl boynumdan əməliyyat olunmuşdum, o da yarışmağıma problem yaradırdı. Təbii ki, yaş da özünü göstərir. 40 yaş az deyil. Çox istəyərdim ki, burada yarışım, amma qismət deyilmiş. Kim istəməz ki, I Avropa Oyunlarında çıxış etməsin. Tarixi bir yarışdır. Bu yarışın bundan sonra da tarixi ölkəmizlə bağlı olacaq. Təbii ki, mən də güləşib bu yarışla tarixə düşmək istəyrdim”.
M.Mirəliyev bu mötəbər turnirdə çıxış edəcək idmançılarımızdan da danışdı:
“74 kq çəki dərəcəsində güləşən samboçumuz, dünya və Avropa çempionu Amil Qasımova ümidlər böyükdür. Onun nəticə verə biləcəyini düşünürəm. Həmçinin 57 kq-da güləşən dünya çempionumuz var ki, o da medal qazana bilər. 90 kq-da da güman ki, uğur qazanmağa qadir idmançımız var. Ümid edirəm ki, yarışacaq 4 çəkidən 3 medal qazanacağıq. Biri də qızıl olacaq”.
Mövlud Mirəliyev başqa idman növlərindən gələcək medallar barədə də fikir bildirdi:
“Düşünürəm ki, boks, sambo, güləş, karate kimi idman növlərindən mütləq medal qazanacağıq. Bir sözlə, təknövçülükdə uğurlarımız daha çox olacaq. Komanda yarışları barədə dəqiq deyə bilmərəm. Ümumilikdə yaxşı uğur qazanacağımızı düşünürəm”.
Aygün İlqarqızı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)