Bilgi.az
Qeyri-adi hadisə: Atakama səhrasında güllər açdı
Yer kürəsinin ən quraq yeri hesab olunan Atakama səhrasında möcüzə yaşanır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, leysan yağışlar səhranı müxtəlif rəngli xalıya çevirib.
Alimlər bildirirlər ki, Çili ərazisində yerləşən Atakama səhrası 1,5 əsr ərzində ilk dəfədir çiçəklənir. Noyabrın əvvəlində Çili sakinləri okeanda suyun temperaturunun artmasının şahidi olublar.
Çilinin Arika şəhəri quraqlıq dövrünün uzunluğuna görə rekordçudur. Burada ötən əsrin əvvəlində 173 ay (1903-cü ildən 1918-ci ilə qədər) ərzində bir damcı belə düşməyib. "1925-ci ildə Çilinin şimalında yağan yağış bəzi rayonlarda apardığım müşahidələrdə ilk bu cür hadisə oldu", - tədqiqatçı Çarlz Bruks 1935-ci ildə xatırladır.
Arika şəhərindən cənubda – Antofaqasta şəhərində yağıntıların orta illik səviyyəsi cəmi 0,2 santimetr təşkil edir. Ancaq El-Ninoda bu ilin martında baş verən tufan quraqlıq rayonları rütubətlə canlandırıb və bu rayonlarda yağıntıların miqdarı 2,4 santimetr təşkil edib. Bu çox olmasa da, faktiki olaraq bir gün ərzində 14 illik yağıntı norması qeydə alınıb.
Sakit okeanın sularının dövri istiləşməsi və rütubətli havanın materikə axını bu il Atakama səhrasında gözlənilməz nəticələrə gətirib çıxarıb. Səhrada onilliklərlə müşahidə olunmayan minlərlə gül növü bitib. Sarı, qırmızı, bənövşəyi və ağ güllər temperaturu müsbət 40 dərəcəyə çatan səhranın cansız landşaftlarını örtüb. Qırmızı bomarei, sarı rodofial kimi Çili endemikləri cənub baharının gəlişi ilə Atakamanı doldurublar.
"Bu il müşahidə edilən yağıntıların miqdarı son 40-50 il ərzində ən yadda qalan hadisə oldu" - Atakama Universitetinin səhralar üzrə tədqiqatçısı Raul Sespedes bildirib.
Alimlər qeyd edirlər ki, bu artıq cari ildə ikinci çiçəklənmədir. Birinci çiçəklənmə mart ayında bol yağıntılardan sonra olub. "Bir il ərzində iki dəfə çiçəklənmə dünyanın ən quraq sərhası üçün çox qeyri-adi hadisədir", - Milli Turizm Xidmətinin direkroru Deniel Dias bildirib.
Məmurun sözlərinə görə, təkrar çiçəklənmədən sonra regiona turistlərin axını 40 faiz artıb.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər