17 İYUL
Bizi izləyin

Bilgi.az

17 İYUL

1953-cü il. Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru, aparıcı, Xalq Artisti Telman Adıgözəlovun doğum günü (1953-2010). 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan "Dəli yığıncağı"nda Zəncirvuran, "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, "Maqbet"də Flins, "Közərən ocaqlar"da Xanəhməd, "İblis"də Şeypurçu, "Vaqif"də Təlxək, "Nişanlı qız"da Çeşməkli kişi, "Qədr gecəsi"ndə Oyunbaz, "Ah Paris…Paris!.."də Əhməd, "Mənim sevimli dəlim"də Professor, "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollarda da oynayıb. T.Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.

1918-ci il. Bolşevik inqilabı baş verdikdən sonra çar II Nikolay və ailəsi 1918-ci ilin aprelində Yekaterinburqa gətirilir. Bolşevik liderlərinin gizli qəbul etdikləri qərarla iyulun 16-dan 17-nə keçən gecə II Nikolay, həyat yoldaşı Aleksandra, qızları Olqa, Tatyana, Mariya, Anastasiya və oğulları Aleksey saxlanıldıqları evdə qətlə yetirilirlər. Daha sonra cəsədləri meşəyə aparılaraq basdırılır.

1955-ci il. İlk Disney parkı olan Disneyland Kaliforniyada ictimaiyyətə açıq elan olunub. ABŞ-lı rəssam və film rejissoru Walt Disney tərəfindən yaradılan Disneyland dünyanın ən böyük əyləncə parkı və önəmli turizm mərkəzi sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm