Bilgi.az
Allahı inkar edənlərə -TƏRS ŞİLLƏ: bütün ateistlər...
"Allah yoxdur". Ateistlərin bu fikirləri ilə tez-tez rastlaşmaq olur. Və bəzən onların arqumenti o qədər güclü olur ki, ən inanclı şəxs belə şübhələrin burulğanında itib qalır. Lakin Allah var, O mövcuddur".
Bunu bir müsəlman deyil, uzun illər elmi ateizmin əsas sütunlarından sayılan məşhur ateist filosof Entonu Flyu deyib. O, uzunmüddətli araşdırmalardan sonra Allahın mövcudluğu qənaətinə gəlib.
Publika.az xəbər verir ki, filosofun
baxışlarının dəyişməsinə səbəb 2004-ü ildə elmi kəşflərin seriyası
olub.
Flyu açıq şəkildə bildirib ki, Kainat öz-özlüyündə yarana
bilməz. Görünür, bunu qüdrətli olan kimsə yaradıb. Hansı ki, biz
onu təsəvvür edə bilmərik. Onun sözlərinə görə, daha əvvəl o da
digər ateistlər kimi ölü materiyadan canlı materiyanın yaranmasına
əmin idi.
"Bu gün dünyanın meydana çıxmasını ateist nəzəriyyəsi ilə
təsəvvür etmək mümkün deyil. Dezoksiribinuklein turşusunun
molekulunun quruluşu haqqında müasir məlumatlar bunun öz-özlüyündə
yaranmadığını təkzibedilməz sürətdə sübut edir. Bunu kimsə
hazırlamalıdır", - deyə alim bildirib.
Entoni Flyu 2010-cu ilin 8 aprelində 87 yaşında vəfat edib. Onun
ölümü bütün şüurlu həyatı boyunca özünün də bildiyi sadə həqiqəti
tapmaq üçün ən mürəkkəb yollara baş vuran, lakin sonda dolanıb eyni
nöqtəyə, həqiqətə gələn insanın "təəssüfünə" bənzəyir.
"Maktub" – "Alın
yazısı"
Şərq fəlsəfəsinin əsas sütunu Flyunun həyatının sanki əks-sədadır.
Bu, Flyunun alın yazısı imiş. Bu fəlsəfi fikirdən ilhamlanaraq
"Kimyagər" əsərini qələmə alan Nobel mükafatçısı Poulo Koulenin
qəhrəmanı Santyaqo kimi Entoni Flyu da həyatı boyu gözünün
qarşısındakı "xəzinəni" tapmaq üçün Afrikaya getməli, ehramları
görməli imiş. O, 80 yaşından sonra Allahın olduğunu dərk etməyə
başladı və bununla bəlkə də ateistlərin müharibədə məğlubiyyətinin
baiskarı oldu. Ateistlərlə döyüşdə dindarlar "ən böyük ateist sonda
Allahın mövcudluğunu dərk etdi" tezisini rahatlıqla irəli sürə
biləcəklər. Lakin yaşasaydı, güman ki, ateistlər "Allah" kimi qəbul
etdikləri Flyunu məsxərəyə qoyacaq və bununla öz mövqelərini
müdafiə etməyə çalışacaq. O, gəldiyi qənaətlə yanaşı, öz ölümü ilə
də ateistlərə böyük zərbə vurdu.
Lakin Flyu yeganə nümunə hesab olunmamalıdır. Britaniyalı fizik
Martin Con Ris də hesab edir ki, Kainat çox mürəkkəbdir. O, 500-dən
çox elmi işi ilə Allahın mövcudluğunu sübut edib və buna görə 4,1
milyon dolar pul qazanıb. Hərçənd ən böyük ateistlər elə
fiziklərdir.
Rusiya Elmlər Akademiyasının üzvü, akademik Anatoli Akimov deyir
ki, Allahın mövcudluğu elmi sübutlarla təsdiq olunub.
"Allah var və biz onun iradəsinin təzahürlərini müşahidə edə
bilərik. Bir çox alim Allaha yalnız inanmır, həm də bunu konkret
elmə söykənərək sübut edirlər", - deyə A.Akimov "Moskovskiy
Komsomolskiy"ə müsahibəsində bildirib.
Akademik qeyd edib ki, ötən əsrlərdə də kifayət qədər
alim-fiziklər Allaha inanırdılar.
Bununla yanaşı, İssak Nyutonun vaxtında din və elm ayrılmamışdı.
Keşişlər elmlə də məşğul olurdular. Nyutonun özünün ilahiyyat
təhsili var idi və tez-tez təkrarlayırdı: "Müxanikanın qanunları
ilə mən Allahın qanunlarına qarşı çıxıram".
-
İqtisadi gündəm10:28
Şad xəbər: Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq
-
Magazin109:45
Vəfa Şərifova izləyicilərini təhqir etdi: "Mən çobanam, siz isə..." - VİDEO
-
MDB09:13
Avtomobil bazarı çökdü: Səbəb bəllidir
-
Magazin108:48
Gülyaz Məmmədovaya 47 dəfə elçi düşən məşhur musiqiçi kimdir?
-
Magazin204:44
"Playboy" jurnalı Rusiyanın 10 ən gözəl aktrisasını seçdi - FOTO
-
MDB03:43
Jirinovskinin qızı deputatlığa namizəd olacaq - FOTO
-
Magazin102:12
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO
-
Dünya01:11
5,7 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ