Bilgi.az
300-dən çox əməliyyat olunan qadının faciəli sonu - FOTOLAR
1980-cı illərin pop müğənni Petya Burns son 20 ildə inanılmaz qədər dəyişib.
Publika.az "Dailymail"-ə istinadən xəbər verir ki, bir dövrün aparıcı musiqi qrupu "Dead or Alive"-in solisti olan 57 yaşlı Burns iştirak etdiyi TV proqramında üzündə 300 dəfə estetik əməliyyat keçirdiyini deyib. İfaçının sözlərinə görə, üzündə çoxlu sayda əməliyyat keçirdiyi üçün peşman olub. O, "Ümid edirəm ki, 80 yaşında öləndə cənnətə gedəndə Tanrı məni tanımaz" ,- deyə bildirib.
Petya Burns 20 il əvvəl xarici görünüşdən narazı olduğunu və estetik əməliyyatların yeni-yeni dəbə mindiyi vaxtlarda əməliyyat olunmağa qərar verdiyini söyləyib:
"O dövrdə burum sınmış və bir tərəfə əyilmişdi. Gənc yaşlarında insan özünə güvənmir. Daim kamera qarşısında olduğum üçün burnumun görüntüsü məni psixoloji cəhətdən də narahat edirdi. Fotoqraflar burnumun əyriliyi görülməsin deyə başımı digər tərəfə çevirməyimi istəyirdilər. Bundan sonra burnumda əməliyyat etdirməyə qərar verdim. Lakin əməliyyat uğurlu keçmədi. Narkozun təsirindən çıxanda çoxlu qan itirmiş, həm də burnum yenə yaxşı görünmürdü. Onda burnumun pis görünən tərəfini örtmək üçün göz sarğılarındam istifadə edirdim".
Petya Burns bir əməliyyatla kifayətlənməyib daha üç burun əməliyyatı keçirib, o cümlədən almacıq sümüklərinin dolğun görünməsi üçün gel vurdurub. Amma dəfələrlə gel vurduğu dodaq böyütmə əməliyyatları onun həyatını kabusa çevirib. Nəticədə Burnsun dodaqlarındakı bütün yad maddələr əməliyyatla çıxarılıb. Lakin dodaqları hissiyyatını itirib. Qarnından alınan toxumalarla ulduzun dodaqları yenidən düzəldilib. Petya Burns son iki ildə başına gələn bu hadisələr üzündən depressiyaya düşdüyünü bildirib. Onun dodaqları sağalsa da, üzündəki maddələr digər orqanlara zərər verib.
Aytən
-
Dünya04:30İran geri çəkilməyəcək - Pezeşkian
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var
-
ABŞ00:45ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
-
Sağlamlıq18 May 22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Sosial18 May 21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək
-
Sağlamlıq18 May 20:00ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı
-
Nəqliyyat18 May 19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama









.jpg)
























.jpg)


