Pedofillərin qənimi: "Bilsəydik, hamısını öldürərdik"
Bizi izləyin

Bilgi.az

Pedofillərin qənimi: "Bilsəydik, hamısını öldürərdik"

Amerikada pedofilləri qətlə yetirən cütlük məhkəmədə ilginc açıqlamalar verib.

Teleqraf.com-un məlumatına görə, Şimali Karolina əyalətində yaşayan Ceremi və Kristina Moodi keçən il Marvin Parker adlı gənci pedofil olduğu üçün öldürüb. Parkerin xanımı da cütlük tərəfindən qətlə yetirilib.

Pedofillərə qarşı amansız davranan çütlük ömürlük azadlıqdan məhrum ediliblər.

Cəzalarını 30 illik həbslə əvəzləmək istəyən cütlüyün arzusu ürəklərində qalınca gerçək niyyətlərini ifadə belə ediblər. “Kaş ki, daha çox adam öldürərdik. O, pedofili öldürdüyümüz gün həyatımızın ən gözəl günü idi. Əlimizdə fürsət olsaydı, bir daha edərdik. Heç peşman deyilik".

Ceremi Moodi öldürülən şəxsin valideynlərinə daha sərt mesaj göndərib: "Sonra görüşərik sapıqlar. Uşaq təcavüzkarlarının sonu budur. Haqq etdiklərini aldılar”.

Daha çox pedofili öldürmək üçün plan hazırlayan cütlük işlətdikləri cinayətin ssenarisini "Dexter" adlı filmdən götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm